Neftçala sakinləri dəniz suyu içməyə məçbur olub...

16:39 - 05 İyun
    1515 oxunma

Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması müşahidə olunur. Rayon sakinlərinin Bizimxeber.az-a verdiyi məlumata görə, buna səbəb Kür çayında suyun səviyyəsinin aşağı düşməsi və nəticədə kürün dənizə axması əvəzinə dəniz suyunun kürə axması müşahidə olunur.

Neftçalanın deputatı Sabir Rüstəmxanlı məlum problemlə bağlı artıq həyəcan təbili çalıb. 

O bildirib ki, Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kürsahili ərazilərdə, daha çox isə Neftçala rayonunda narahatlıq yaradır: "Kürün səviyyəsinin çox aşağı düşməsi və kəskin xəzrilərin əsməsi suyun şorlaşmasına səbəb olur. Su azalır, xəzri dəniz suyunu Kürə qovur və bu, vəziyyəti pis məcraya salır. Vəziyyət son həftədə daha kəskin hal alıb, artıq heyvanlar belə su içməkdən imtina edir". 

Deputat Neftçalanın Kürsahili kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özündə evlərə şor su gəldiyi üçün əhalinin sudan imtina etməyə məcbur olduğunu vurğulayıb.

Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlının Milli Məclisdə qaldırdığı məsələ bir müddətdir mövcuddur. Artıq Kürdəki suyun şorlaşması Salyan ərazisinə qədər gedib çıxıb.

Vahid Məmmədov
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84