Neftçala rayon İcra və Probasiya şöbəsində nə baş verib? - Araşdırılmalı fakt

14:30 - 04 Avqust
    2785 oxunma

Bu günlərdə axtarışla Neftçala rayon İcra və Probasiya şöbəsinə gətirilmiş rayonun Xolqarabucaq kənd sakini Rövşən Abdullayevdə koronavirus aşkarlanıb. 

Rayondan Bizimxeber.az-a verilən məlumata görə, şöbəyə gətirilən vətəndaş İcra və Probasiya şöbəsinin müdiri Şirin Bayramova bildirib ki, hazırda ailə üzvləri koronavirusa yoluxduğu üçün Astara Mərkəzi rayon Xəstəxanasında müalicə alırlar. Onun da yoxlanılmasına ehtiyac var. Amma bütün bunlara əhəmiyyət verməyən Şirin Bayramov öz tələblərini irəli sürsə də vətəndaşla aralarında anlaşma baş verməyib.

Bundan sonra Şirin Bayramov vətəndaş barədə protokol tətdiq edərək məhkəmə qarşısına çıxarıb. Bu zaman da məhkəmə hakimini aldadaraq onda heç bir problem olmadığını bildirib. Məhkəmənin qərarı ilə Rövşən Abdullayev 10 gün həbs edilib. Lakin bir neçə saatdan sonra halı pisləşən R.Abdullayev müayinə olunub və onda koronavirus aşkarlanıb. 

Dərhal məhkəmənin qərarı dəyişdirilib və Rövşən Abdullayev Astara rayon mərkəzi xəstəxanasına müalicəyə göndərilib. 

Neftçala rayon İcra və Probasiya şöbəsinin müdiri Şirin Bayramovun bu risqi gözə alaraq vətəndaşı yoxlamadan məhkəmə qarşısına çıxartmaqda hansı məqsədi olub? Bu suala yəqin ki, Ədliyyə Nazirliyinin araşdırmaları zamanı cavab tapmaq olar. 

Şirin Bayramov bu addımı ilə, nəinki Neftçala rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarını, məhkəmə sədri və işçilərini, polisləri belə risq altında qoyub. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84