Neft Fondunun 43,5 milyard dolları var

23:24 - 22 Yanvar
    7760 oxunma


Dövlət Neft Fondunun (DNF) hesabatına görə, 2020-ci ildə gəlirləri 9 milyard 360,8 milyon manat, xərcləri 12 milyard 425,3 milyon manat olub: “DNF dövlət büdcəsinə 12 milyard 200 milyon manat köçürüb, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinə 200 milyon manat, 2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramının maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldib, qurumun idarə edilməsinə 21,2 milyon manat gedib”.

2021-ci il yanvarın 1-nə fondun aktivləri 43 milyard 564,3 milyon ABŞ dolları göstərilir. 1999-cu ildə yaradılmış fonda İsrafil Məmmədov icraçı direktorluq, qurumun Müşahidə Şurasına baş nazir Əli Əsədov sədrlik edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84