Neftçalanın icra başçısı ilk maaşını koronavirusla mübarizəyə bağışladı

18:27 - 25 Mart
    189977 oxunma

Neftçala rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılması ilə bağlı qərar verib.

Bizimxeber.az xəbər verir ki, İcra Hakimiyyəti aparatının əməkdaşları və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri bir aylıq əmək haqqlarını könüllü surətdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə edib.

İcra Hakimiyyətindən verilən açıqlamaya görə, COVİD-19 virusunun yaratdığı iqtisadi çətinliklər, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən dezinfeksiya işləri daha geniş miqyaslı görülməyə başlayıb, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00