Nədən Navalnı ölkəsinə qayıda bilir, Tixanovskaya yox?

12:16 - 03 Fevral
    7600 oxunma


Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya vətəninə dönən Aleksey Navalnı ilə fərqli vəziyyətlərdə olduqlarını bildirib. 

O, bu haqda BBC-nin Hard Talk proqramına verdiyi müsahibəsində danışıb. "Navalnı bu gün ortaya çıxmış siyasətçi deyil. Mən isə bu vəziyyətə taleyin istəyi ilə düşmüşəm. Mənim prezident olmaq kimi fikrim də olmayıb, - o deyib və xüsusi qayğıya ehtiyacı olan bir uşağı və o biri övladları üçün məsuliyyət daşıdığını əlavə edib. - Belorusa qayıtmaq üçün qərar verməzdən əvvəl iki dəfə düşünməliyəm".

Aparıcının "geri dönməyinizin böyük nəticə verəcəyini düşünürsünüzmü” sualına Tixanovskaya belə cavab verib ki, ölkədən kənarda olmaqla daha çox iş görə bilər, nəinki qayıdıb sadəcə növbəti qurban kimi türməyə düşməklə.

"Əminəm ki, bu rejimə etiraz hərəkatı, nümayişlərin köməyi ilə ölkə daxilində, həm də beynəlxalq liderlərin sanksiya və qərarları şəklində xaricdən lazımi şəkildə təzyiq göstərməliyik. Heç bir şəkildə zorakılıq istəmirik, çünki bu bizim yolumuz deyil. Ümid edirəm ki, belaruslar hər şeyi özləri edəcəklər”, - o deyib. Qeyd edək ki, Belarus müxalifətinin nümayəndələri gələn həftə keçiriləcək Ümumbelorus Xalq Məclisində iştirak edə bilməyəcəklər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84