“Nə qədər ki, Rusiya hərbi qüvvələri Azərbaycan ərazisindədir münaqişə həll olunmayacaq” – Arif Hacılı

15:25 - 14 Dekabr
    1260 oxunma

“Rusiya "sülhməramlıları"nın əsil məramı Qarabağda sülh yaratmaq yox, tam əksinə münaqişənin qorunub saxlanmasına, davam etməsinə nail olmaqdır”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, bu gün Yuxarı Qarabağ ərazisinə erməni əhalisinin yerləşdirilməsinə ermənilərin özlərindən daha çox maraqlı olan da Rusiyadır: “Rusiya həm Azərbaycanda, həm də Ermənistanda təsir imkanlarını saxlamaq üçün ərazimizdə Bakıya tabe olmayan erməni anklavının olmasında maraqlıdır.

Yoxsul Rusiya əhalisinin vergiləri hesabına yaranan dövlət büdcəsindən milyardlarla rubl vəsaiti Yuxarı Qarabağ ərazisində, məhz bu məqsədlə xərcləyir. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi var və nə qədər ki, Rusiya hərbi qüvvələri Azərbaycan ərazisindədir bu münaqişə həll olunmayacaq”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84