Nazirlikdən bağçalarla bağlı açıqlama
16:05 - 01 Aprel
-
6680 oxunma

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, yeni qərar məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etmir.
Qeyd edək ki, sadalanan ərazilərdən əlavə digər şəhər və rayonlarda tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84