.
.

Nazirlikdən açıqlama: Təhsil dayandırılır?

14:10 - 02 Mart
    4920 oxunma

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.

O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: "Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
 
13.20

Azərbaycanda bağçalar, məktəblər və universitetlər fəaliyyətini dayandırıb. Bizimxeber.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, qeyd edib ki, koronavirusun yayılması səbəbindən martın 3-dən 9-dək bağçalar, məktəblər və universitetlər bağlı olacaq.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84