Nazirlik şagirdlərin qış tətili barədə məlumatlı deyil
-
980 oxunma

Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı açıqlama verib.
Təhsil Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Nazirlik həmin tətillə bağlı yaxın günlərdə açıqlamanın veriləcəyini bildirib.
Xatırladaq ki, pandemiya ilə əlaqədar oktyabrın ortalarından noyabrın 2-dək şagirdlərə iki həftəlik tətil verilmişdi. Bu səbəbdən noyabrda şagirdlər üçün nəzərdə tutulan 5 günlük payız tətili ləğv edilib və həmin tətil müddətində şagirdlər distant formada təhsillərini davam etdiriblər.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84