Nazirin 2 şirkəti ləğv olundu - FOTO

14:42 - 19 Yanvar
    6320 oxunma

Yanvarın 18-də Azərbaycanda 6 şirkət ləğv olunub. Bizimxeber.az xəbər verir ki, ləğv olunan şirkətlərin ikisinin qanuni təmsilçisi eyni şəxsdir.

Belə ki, "Auto EUİ Azerbaijan” və "Prof Trade Service” MMC-nin qanuni təmsilçisi Tahir Cəmil oğlu Muradovdur. Şirkətlərin hüquqi ünvanı fərqli olsa da, mediada hər iki MMC-nin "Gilan Holding”ə aid olduğu bildirilir. 

İddialara görə, Tahir Muradovun atası Cəmil Muradov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xalası oğludur və o, nazirin biznesini idarə edən əsas şəxsdir.

Ləğv olunan şirkətlərdən biri də deputat İqbal Məmmədova məxsus "Azqazservis” MMC-dir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84