Nazirdən gözləntilər: İnternet sürətlənəcəkmi?

18:18 - 27 Yanvar
    7200 oxunma


26 yanvar tarixində Prezidentin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Cənab Prezident təyinat zamanı vurğulayıb ki, texnologiyanın inkişafı sahəsinə "xüsusilə gənclərin daha geniş miqyasda" cəlb edilməlidir.

Kadr dəyişikliyi Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində olan problemləri aradan qaldıracaqmı?

Sualımızı cavablandıran media hüququ üzrə ekspert Ələsgər Məmmədli “Sherg.az”a bildirib ki, prezidentin müstəsna səlahiyyəti məmurların yerini dəyişməkdir:“Bu tip məqamlar, qərarlar olmalıdır. Son illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi neqativ fikirlərlə gündəmə gəlmişdi. Xüsusən, Ramin Quluzadənin rəhbərliyi dönəmində çoxlu sayda internet informasiya resursları bloklanıb və məhkəmə çəkişmələri olub. İnternet resurslarına xüsusi qurum nəzarət edirdi. Həmin qurum konkret olaraq senzor roluna keçib.

Bu nazirliyin kommersiya qurumları var idi. Bundan öncə prezidentin bir neçə sənəd imzalaması ilə qurumlar nazirliyin əlindən alındı və vahid investisiya təşkilatına təqdim olundu. Bura kommunikativ insfrastrukda mövcud olan qurumlar, “Azərppoçt” və digərləri daxildir. Sözügedən nazirlik iki önəmli funksiya həyata keçirirdi.

Biri dövlət tənzimləməsi və nəzarəti , digəri isə kommersiya fəaliyyəti idi. Təəssüf ki, nazirlik daha çox kommersiya qurumu kimi çıxış edirdi. Ümid edirəm ki, yeni nazir daha çox telekommunikasiya infrastruktrunun inkişafına, Azərbaycanda yarımçıq qalmış fiber-optik kabelləşmə prosesinin başlaması və bitirilməsinə diqqət edəcək”.

Ə.Məmmədli diqqətə çatdırıb ki, artıq 1 ildir, bir milyon yeddi yüz insan pandemiyaya görə onlayn təhsil alır. Lakin ölkədə infrastruktur yoxdur, kimisi meqabaytla, kimisi də sürətsiz internetlə dərslərdə iştirak etməyə çalışır:

“Onsuz da üz-üzə keçirilən dərslərdə keyfiyyət aşağı idi, bir də kommunikasiya, internet sürəti problemi cəmiyyətin internet resurslarına əl çatımlılığına məhdudiyyət yaradır. Prezidentin dediyi məqam önəmlidir. Gənclərin innovativ texnologiyanın inkişafı istiqamətində dəstəklənməsi vacibdir. Yeni kəşflər daha yaradıcı olur. İnfrastruktrun yaxşılaşdırılması və indiki halda monopolist infrastrukdan imtina edilməsi olduqca vacibdir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84