Nazir məhkəmə sədrinə töhmət verdi - Karantin rejimini pozub

13:24 - 24 İyun
    1380 oxunma

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edib. 

Bildirilib ki, bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.

İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84