Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqlədi (YENİLƏNİB)
-
3355 oxunma

16 avqust, Bakı/ Bizimxeber.az/ Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva oğlu 30 yaşlı Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib. Bu barədə "RİA Novosti” məlumat yayıb.
15.00
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev vəfat edib. Qazaxıstan Senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu olan Aysultan 30 yaşında dünyasını dəyişib.
"Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ölümünə səbəb ürək tutması olub. Digər detallar barədə hələ məlumat yoxdur”, deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Aysultan bir neçə ay əvvəl İngiltərədə özünü "Aysultan Rahat" kimi təqdim edərək siyasi sığınacaq istəmişdi. O, ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84