Naxçıvan gömrüyündə “korrupsiyanın buynuzu” - İLGİNC

21:03 - 03 Avqust
    2055 oxunma

“Naxçıvanda büdcəyə köçürülmüş gömrük ödənişləri 2020-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrüylə müqayisədə 131 faiz çox olub”. Ovqat.com xəbər verir ki, bunu Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli bildirib.

Maraqlıdır ki, Səhət müəllim bu ciddi artımın daxili istehsalın qorunması şəraitində baş tutduğunu deyib. Nəzərə alsaq ki, 2020-ci ilin birinci yarısı koronavirus epidemiyası səbəbindən xaricə gediş-gəlişlərin məhdudlaşdırıldığı dövrə düşür, Naxçıvan gömrükçülərinin 131% artımı necə əldə etdikləri maraq doğurur. Mümkündür ki, problem bu ilin 6 aylıq göstəricisində yox, ötən illərin rəsmi rəqəmlərində ortaya çıxıb. Ümidvarıq ki, müvafiq dairələr Səhət Həbibbəylinin sovet dövründə olduğu kimi, bir inəkdən 3-əm bala almasının əsl səbəbinə aydınlıq gətirəcək.

Əlaqədar qurumlarınların çox əziyyətə qatlamaması üçün onlara təqdim etdiyimiz videonun 1.30-cu dəqiqəsindən sonraya qulaq asmalarını məsləhət bilirik.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84