Navalnının zəhərlənməsinin arxasında kim durur? - Almaniya açıqladı

12:40 - 25 Avqust
    1965 oxunma

Rusiyalı siyasətçi Aleksey Navalnının başına gələn dəhşətli insidentin arxasında "Rusiya dövləti, xüsusi xidmət orqanlarının aparatları var, amma belə şeylər, əlbəttə, "boss”un işidir. 

Bu sözləri Bundestaq Xarici İşlər Komitəsinin sədri Norbert Röttgen ZDF-yə deyibr. Röttgen heç bir ad çəkməsə də, işin məlum şablonlara uyğun inkişaf etdiyini qeyd edib - zəhərlənmədə iştirak rədd edilir, eyni zamanda, müxalifətə "harda olursunuz olun, Rusiya dövlətinə qarşı olmaq həyatınız üçün təhlükəlidir” mesajı göndərmək üçün "barmaq izləri" saxlanılır. 

Röttgen əmindir ki, Navalnının nümunəsində, Rusiya əhalisinə də xəbərdarlıq edilib. Onun fikrincə, hadisənin araşdırılmasının Rusiyada şəffaf aparılması ehtimalı azdır.

Qeyd edək ki, Almaniya klinikasının həkimlərinin fikrincə, Navalnının analizləri onun zəhərləndiyini göstərir. Doktorlar hələ də konkret bir maddənin adını çəkməkdə çətinlik çəksələr də, əvvəlcədən onun "xolinesteraza inhibitorları" qrupuna aid olduğu müəyyən edilib. Xəstə atropini antidot kimi qəbul edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84