Navalnının vəziyyəti ilə bağlı daha bir açıqlama

13:37 - 04 Sentyabr
    3995 oxunma

“Aleksey Navalnı xəstəxanaya yerləşdirilmədən bir həftə əvvəl kilo vermək üçün pəhrizə başlayıb və bu da onda həzm probleminə səbəb olub”. Bizimxeber.az xəbər verir ki, bu sözləri Omsk bölgəsi və Sibir Federal Dairəsinin Baş toksikoloqu Aleksandr Sabayev “TASS” agentliyinə açıqlamasında deyib.

“Anamnez məlumatları, yəni xəstəlik tarixçəsi, onu və həyat yoldaşını müşayiət edən şəxslərdən alınan məlumatlar göstərir ki, onun həqiqətən problemləri olub və bu problemlər 5-7 gün arasında davam edib. Onun həm həzm, həm də qidalanma ilə bağlı problemləri olub. Bununla yanaşı pasiyent bu günlərdə çəki itirmək üçün pəhrizə başlayıb”,- deyə Sabayev qeyd edib. 

Həkimin sözlərinə görə, Omsk klinikasında xəstənin maddələr mübadiləsini qaydaya salmaq mümkün olub.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” xəstəxanasına köçürülmüşdü. Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko Navalnının analizlərində heç bir zəhər tapılmadığını açıqlamışdı: “Qan və sidikdə zəhər və onun izləri müəyyən edilməyib”.

Lakin daha sonra Navalnının orqanizmində zəhər izlərinin olması müxalifətçinin yerləşdirildiyi “Şarite” klinikasının həkimlərinin istəyi ilə Bundesverin (Almaniya Silahlı Qüvvələri) xüsusi laboratoriyası tərəfindən aparılan testlərlə təsdiqlənmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84