Navalnının “Noviçok”la zəhərləndiyi daha 2 ölkədə təsdiqləndi

12:35 - 14 Sentyabr
    890 oxunma

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunub. Bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, aparılan analizlər nəticəsində bloggerin “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi bir daha təsdiqlənib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Bizimxeber.az 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84