Navalnı Putinə mesaj göndərdi - “Həbsxanada özümü pəncərədən asmağı düşünmürəm”
-
5320 oxunma

Rusiyalı müxalifətçi Aleksey Navalnı həbsxanadan mesaj göndərib.
Yeniavaz.com The Moscow Times”ə istinadla xəbər verir ki, Navalnı göndərdiyi mesajda intihar etmək fikrinin olmadığını bildirib: “Özümü pəncərəyə asmağı, damarlarımı və ya boğazımı kəskin qaşıqla kəsməyi düşünmürəm. Hər gün təzyiqimi ölçürlər, infarkt tamamilə istisnadır. Stabil psixoloji və emosional vəziyyətdəyəm. Pilləkənlərdən isə diqqətlə istifadə edirəm".
Qeyd edək ki, Aleksey Navalnı Almaniyada müalicə olunub Rusiyaya qayıtdıqdan sonra hava limanında həbs olunmuşdu. Bu gün Navalnı tərəfdarları ölkəninin bir çox bölgələrində hökumətə qarşı etiraz aksiyaları keçirilər.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84