Navalnı həbs ediləcəyini bilə-bilə qayıtdı… - Qrozev

12:45 - 18 Yanvar
    6920 oxunma


Aleksey Navalnı Rusiyaya qayıdacağı halda həbs ediləcəyini anlamaya bilməzdi. 

Bizimxeber.az bildirir ki, bunu Navalnının zəhərlənməsi ilə bağlı məşhur araşdırmanın müəllifi olan jurnalist Xristo Qrozev deyib. Onun sözlərinə görə, Navalnı həbsinə və uzun müddət həbsdə qalacağına hazır idi.

O, Navalnının siyasətçi kimi fikirləşdiyini bildirib: “Əgər o, ata və ya həyat yoldaşı kimi görünsəydi, Almaniyada qalardı. Burada özünün siyasi işini təşkil edər və sonra geri dönərdi.

Əgər Navalnı Almaniyada daha bir neçə ay qalsaydı, onu Rusiyada Qərbə satılan insan kimi təqdim edərdilər. Mən onu tamamilə başa düşürəm. O, Rusiyada olmalıdır ki, burada onunla siyasətçi kimi hesablaşsınlar”. Qrozev Navalnı ilə daha bir hesablaşma cəhdinin olacağını bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84