. .

Navalnı aclıq aksiyasını dayandırdı: Ona öləcəyini deyiblər

18:24 - 23 Aprel
    12201 oxunma

Vladimir bölgəsindəki koloniyada cəza çəkən müxalifət lideri Aleksey Navalnı aclıq aksiyasına son verdiyini bildirib. Bu haqda onun İnstaqram səhifəsində məlumat verilib. Navalnı mülki həkimlər şurası tərəfindən müayinə edildiyinə əmin olduğunu, lazımi testlərin alındığını qeyd edib.

Məlumatda deyilir ki, Navalnıdan aclıq aksiyasına son verməsini həkimlər istəyib. Siyasətçi yazır: "Açıq şəkildə deyim ki, onların sözlərinə görə analizlər bunu göstərir: "çox tezliklə bu insanın müalicəlik işi qalmayacaq"... mmm ... görünür, mənə layiqli diqqət yetirirlər".

Onunla birlikdə aclıq aksiyası keçirən bir neçə nəfərin olması da Navalnını təsirləndirib - bunlar "Beslanın Anaları”nın nümayəndələridir. Navalnı 24 gün ərzində aclıq aksiyasını tədricən tam başa çatdıracağını vurğulayıb. O, etiraf edir ki, bu, aclıq aksiyasından daha çətindir. 

Xatırladaq ki, 21 apreldə Rusiyanın bir neçə şəhərində Navalnını dəstəkləyən icazəsiz etiraz aksiyaları keçirilib. Kreml etirazçıların bəzilərinin təxribat törətdiyini qeyd edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84