NATO qoşunlarını Əfqanıstandan çıxa bilər

13:12 - 14 Fevral
    6760 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

"NATO Əfqanıstandakı qoşunların geri çağırılması məsələsini ABŞ-ın yeni prezidenti ilə müzakirə edəcək". Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuata verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı missiyanın geri çağırılması bu ölkəni yenidən terrorçuların yuvasına çevirə bilər: "Biz qalıb hərbi iştirakımızı davam etdirə bilərik. Yaxud Əfqanıstandan ayrılıb ölkəni yenidən terrorçuların sığınacağına çevirmək riski də ala bilər. Heç bir NATO ölkəsi Əfqanıstanda lazım olduğundan daha uzun qalmaq istəməz".

Yens Stoltenberq əlavə edib ki, Taliban şiddəti azaltmaq və terror qrupları ilə əlaqələrini sona çatdırmaq üçün verdiyi vədlərə əməl etməlidir: "Yaxın həftələrdə ABŞ-ın yeni rəhbərliyi ilə görüş baş tutacaq, NATO-nun Əfqanıstandakı gələcək iştirakı ilə bağlı intensiv müzakirələr aparılacaq".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84