NATO helikopteri dənizə düşdü - Ölənlər var 

01:43 - 30 Aprel
    785 oxunma

NATO helikopteri Yunanıstanın Kefaloniya adası yaxınlığında dənizə düşüb. Bu barədə Yunanıstanın dövlət telekanalı ERT bildirib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatında iştirak etmək üçün hadisənin baş verdiyi əraziyə İtaliyanın freqatı və NATO gəmiləri göndərilib. Təyyarənin qalıqları Kefaloniyadan təxminən 85 kilometr məsafədə aşkarlanıb. Hadisə zamanı helikopterdə altı nəfər olub.

Onların beşinin taleyi naməlumdur. “Star” telekanalı isə bildirib ki, xilasedicilər NATO helikopterinin qəzaya uğradığı ərazidə bir nəfərin meyitini tapıblar./Bizimxeber.az/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84