.
.

NATO-dan Rusiyanın müqavilədən çıxma qərarına açıqlama 

18:42 - 18 İyun
    3806 oxunma


NATO Rusiyanın Açıq Göylər Müqaviləsindən çıxmaq qərarından təəssüflənir və Moskvanı müqavilədən çəkilmədən əvvəl qalan altı ayı bu qərarı yenidən nəzərdən keçirməsini tövsiyyə edir.

Bizimxeber.az bildirir ki, NATO-nin bəyanatında "şəffaflığı, təhlükəsizliyi və sabitliyi, habelə Avroatlantik bölgədə qarşılıqlı etimadı təşviq edən vacib bir qanuni məcburi sənəd olan Açıq Göylər Müqaviləsindən çıxma qərarı barədə Rusiyanın bildirişinə təəssüflənirik ..." deyə bildirilir.

NATO bəyanatında deyilir ki, Rusiyanın hərəkətləri imkan verdiyi zaman biz Rusiya ilə konstruktiv əlaqələr qurmağa davam edəcəyik. Rusiya XİN bu il dekabrın 18-də Açıq Göylər Müqaviləsini rəsmi olaraq tərk edəcəyini, müqavilənin depozitar ölkələrinə geri çəkilmə barədə bir bildiriş göndərib.

Qeyd edək ki, Açıq Göylər Müqaviləsi 1992-ci ildə imzalanmış və Soyuq Müharibədən sonra Avropada etimadın artırılması tədbirlərindən biridir və 34 iştirakçı ölkəyə bir-birinin hərbi qüvvələri və fəaliyyətləri barədə açıq şəkildə məlumat toplamağa imkan verir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84