“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

18:11 - 18 İyul
    3190 oxunma

Koronavirus (COVID-19) infeksiyası ölkəmizdə yayılmağa başladığı andan dövlətin virusla mübarizəsində aktiv iştirak edən “Nar”, həkimlərə növbəti dəfə dəstək olub. "Nar"ın Mətbuat Xidmətindən verilən məlumata görə, Belə ki, mobil operator virusa yoluxmuş insanların müalicəsi üçün çalışan və koronavirusun yayılmasının qarşısının alınmasın üçün əlindən gələni edən tibb personalını yenidən pulsuz rabitə ilə təmin edib.

“Nar” Səhiyyə Nazirliyi ilə bərabər koronavirusla mübarizəyə qoşulmuş bir sıra xəstəxanaların və poliklinikaların həkimlərinin “Nar” nömrələrinin balansını artırıb. Məqsəd  həkimlərin “COVID-19” infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir. 

Xatırladaq ki, mobil operator bundan əvvəl də koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin etmişdi. “Nar” TƏBİB ilə birgə karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartları paylamışdı.

Qeyd edək ki, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84