Namiq Zeynalov həbs edildi - Yenilənib

17:16 - 09 Dekabr
    1870 oxunma

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun həbs edilməsi üçün istintaq tərəfindən məhkəməyə təqdimat verilib.

Bizimxeber.az-ın verdiyi xəbərə görə, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqda təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

***

Məhkəmənin qərarı ilə Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84