Ön cəbhəyə gecə-gündüz dəstək verənlər - Bunları da unutmaq olmaz - FOTOLAR

15:50 - 26 Oktyabr
    2940 oxunma

Bakıdan Tərtər-ə olan 248 km məsafə bir göz qırpımında qət edirik. O yolu ki, orda Azərbaycan əsgəri, zabiti və tər-tərlilər bizi gözləyir. Odrumuza növbəti dəfə dəstək olmaq üçün gedirik. Radioda Qarabağda gedən döyüşlər zamanı Azərbaycan ordusunun uğurlarından söhbət açılır. "Rəşadətli Azərbaycan osdusu düşmənin mövqeylərini darmadağın etdi, düşmən ciddi itki verərək geri çəkildi"... Səhər-səhər belə bir xəbəri eşitmək adama ruh verir və bizi müharibə gedən torpaqlara daha tez çatmamağımız üçün tələsdirir. 

Maşındakılar dostlarımızdır. O dostlar ki, müharibə başlayandan bu günə kimi bir neçə dəfə cəbhə bölgəsinə yollanıblar və əsgərlər üçün lazım olanı -  dəstəyi gözlərini qırpmadan aparmağa hazır olublar. Bu gün də həmin dostlarlayıq. Adlarının çəkilməsini, şəkillərinin yayılmasını istəmirlər və açıq şəkidlə bildirirlər ki bunu vətənimiz, ordumuz, dövlətimiz və əsgərlərimiz üçün təmiz ürəklə edirlər.

Uzun yol qət edirik... Və nəhayət Tərtərə - Bu QƏHRƏMAN şəhərə çatırıq. 

Tərtər doğrudan da qəhərman şəhərdir. Ermənilərin bu şəhərə artığı mərminin sayı-hesabı bilinmir. Yolları deşik-deşik edilib, evlər, məktəblər, bağçalar vurulub. Amma bir nəfər belə şəhəri tərk etməyib. Hər kəs öz işindədir. Çay içən, nərd atan kim... Hələ sahələrdə yer şümlayan, əkin-biçinlə məşğul olanlar da həmişəki kimi öz işlərində... 

Bu şəhərin sakinlərinin əsgərə olan sevgi və sayğısı bir başqadır. Yol boyu şütüyən hərbi maşınlara hər kəs yol verir. Əsgər və zabitlər marketlərdə belə növbə gözləmir. Hər kəs "nə lazımdır?" sualını verir. Bir sözlə, Tərtər və sakinləri əsl müharibə əhval-ruhiyyəsindədir. 

 

Apardığımız dəstək bağlamaları isə çox etibarlı adama təqdim olunur. O adama ki, artıq Tərtər-də hami tərəfindən sevilir, əsgər və zabitlərimizə istənilən saatda, istənilən hava şəraitində, istənilən vəziyyətdə artileriya zərbələri altında belə dəstəyinə çatır. 

Tanıyın bu Vətən Oğlunu ... Polkovnik-leytenant Elçin Kərimov. 

Ehtiyyatda olan polkovnik-leytenant Elçin Kərimovun bu xidmətinin sözün həqiqi mənasında misli yoxdur. "Vətən Oğulları" adlı vətənpərvər həbçilərimizin və bir neçə vətənpərvər sahibkar dostlarının dəstəyi ilə böyük bir işin öhdəsindən gəlməyə çalışır. 

Əsgərə və orduya lazım olan hər nə varsa...

Polkovnik-leytenant Kərimov cəbhənin istənilən nöqtəsinə istənilən saatda əsgərlərə lazım olan dəstəyi çatdırmaqdadır. Təbii ki, o bu barədə yazılmasını, deyilməsini istəmir. "Vətən üçün edirik" deyir. Amma biz belə bir vətən oğullarının əməyini görməyə və qeyd etməyə bilmərik. Onun zatən bu dövlət qarşısında xidmətləri böyükdür. 25 il xidmət... Və bu müharibə başlayan andan iki oğlu ilə yenidən cəbhəyə yollanmaq barədə Suraxanı Hərbi Komissarlığına müraciəti...

Amma məsləhət olub ki, oğullarından biri ailənin yanında qalsın. Hazırda oğul Nicat Kərimov torpaqların azad olunması istiqamətində gedən ağır döyüşlərdə iştirak edir. Ata və polkovnik-leytenant Kərimov isə vətən qarşısında borcunu məhz əsgərlərə lazım olanı dəstəyi gözünü qırpmadan çatdırmaqdadır.

O da belə döyüşür... 

Kərimov bu barədə heç nə danışmaq istəmir: "Dövlətimiz ordumuza bütün dəstəyini əsirgəmir. Əsgərlərimizin bütün təminatı dövlət tərəfindən tam olaraq ödənilir. Amma biz də dayana bilmirik. Öz dəstəyimizi, əlimizdən gələni əsirgəmirik. Hər kəs dövlətin və ordunun yanında olmalıdır. Bizə dəstək olan dostlarımıza, "Vətən Oğulları" Təşkilatında cəmləşən hərbçi qardaşlarımıza, vətəni üçün nəinki var-dövlətindən, hətta canından da keçməyə hazır olan və hər həftə əsgər üçün nə lazımdırsa dəstək gətirən, adının çəkilməsini istəməyən sahibkara təşəkkür edirəm. Onlar məni və əsgərləri tək qoymurlar. Hər an yanımızdadırlar və istədiyimiz nə varsa bizə gecikmədən çatdırırlar. Odumuza, əsgərlərimizə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm".

Elçin Kərimovun yanında daha bir ehtiyyatda olan zabit yoldaşı Vilayyət dayı var. Ona "Qəmlo" deyirlər... Bu rayonda çox böyük hörmətə malik hərbçilərdəndir. "Qəmlo" isə  sadəcə "Vətən sağ olsun. Sona qədər dəstəyimizi əsgirməyəcəyik" deyir.

Belə bu insanlar nə olur olsun əsgərləri tək buraxmırlar, onlara lazım olanı çatdırmaq üçün gecə-gündüz vuruşurlar.

Biz isə axşam saatlarında Cəbhə bölgəsindən Qələbə reportajları hazırlamaq arzusu ilə ayrılırıq.

Bakı-Tərtər-Bakı
Ədil Hüseynli

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84