Myanmarın devrilmiş liderinin məhkəməsi təxirə salındı

11:10 - 15 Fevral
    18480 oxunma

Myanmarda faktiki olaraq devrilmiş hökumət başçısı, Nobel mükafatıçı Aung San Suu Kyinin məhkəməsi təxirə salınıb.

Bizimxeber.az Kyodo portalına istinadən bildirir ki, devrilmiş lider rabitə avadanlığının qanunsuz idxalında və istifadəsində görə ittiham olunur.

Qeyd edək ki, 1 fevraldan Myanmarda hakimiyyətə gələn hərbçilər çox partiyalı demokratik sistemə sadiq olduqlarını elan ediblər, ölkədə bir il müddətinə tətbiq olunan fövqəladə vəziyyətin bitməsindən sonra seçkilərin keçiriləcəyini bəyan ediblər. 

Kütlə isə ordudan hakimiyyəti demokratik yolla seçilmiş bir hökumətə qaytarmasını, 8 noyabr 2020 seçkilərində seçilmiş parlamentin ilk iclasını çağırmasını və həbs olunan liderlərin dərhal sərbəst buraxmasını tələb edir. Kütləvi küçə etirazları davam edir.

Ölkədə vətəndaş itaətsizliyi kampaniyası genişlənir, həkimlərin, müəllimlərin, dövlət qulluqçularının, dövlət və özəl müəssisələrdə işləyənlərin ordunun hakimiyyətə gəlməsinə etiraz olaraq fəaliyyətlərini dayandırıblar.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84