. .

Myanmada qızıl amnistiya - 23 mindən artıq məhbus azad edildi

13:47 - 17 Aprel
    16261 oxunma

Myanmanın hərbi hakimiyyəti amnistiya qızıl amnistiya tətbiq edib. 

Bizimxeber.az "Frans Press"ə istinadən bildirir ki, əfv fərmanı 23 mindən artıq məhbusa, o cümlədən əcnəbilərə də şamil edilib. Hakimiyyət ənənəvi Yeni İl münasibətilə və digər ölkələrlə münasibətlərini nəzərə alaraq bu qərarı qəbul edib.

"Frans Press" qeyd edir ki, siyahıda hərbçilərin hakimiyyətə gəlməsindən sonra aksiyalarda tutulan etirazçıların və ya jurnalistlərin azadlığa buraxılanlar sırasında olub-olmadığı hələ də aydın deyil.

Qeyd edək ki, Myanmanın Silahlı Qüvvələri vətəndaş Hökumətini devirərək, fevralın 1-də liderləri həbs etməklə ölkədə hakimiyyəti ələ keçiriblər. Hərbçilər çevrilişi 2020-ci ildə keçirilmiş ümumi seçkinin nəticələrinin saxtalaşdırılmasına və mülki hakimiyyətin onu araşdırmaq istəməməsi ilə əlaqələndiriblər. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84