Myanmada mobil internet dayandırıldı

16:23 - 06 Fevral
    28800 oxunma

Myanmada hərbi xunta mobil internetə çıxışı dayandırıb. Bizimxeber.az xəbər verir ki, çevrilişlə hakimiyyəti ələ keçirən hərbi xunta davam edən etirazlara qarşı belə bir qərar qəbul edib.

Bildirilib ki, Myanma Nəqliyyat və Kommunikasiya Nazirliyi mobil internet təminatı ilə məşğul olan şirkətlərə internetin dayandırılması təlimatı verib. Təlimat “ölkənin sabitliyi və ictimai maraqları qorumaq üçün yalan xəbərlərin qarşısını almaq üçün” kimi xarakterizə edilib.

O da qeyd edilib ki, mobil internet dayandırılsa da, səs və mesaj xidmətləri göstəriləcək.

Qeyd edək ki, Myanmada fevralın 1-də ordunun hökuməti ələ keçirməsindən sonra ölkədə etirazlar başlayıb. Hərbi xunta aksiyaların təşkilinin qarşısını almaq üçün “Facebook”, “Twitter” və “Instragram” kimi sosial şəbəkələrə məhdudiyyət qoyub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84