.
.

Müxalifət Ermənistanda hərbi vəziyyətin ləğvini tələb etdi - "Baş nazir getməlidir"

11:34 - 15 Mart
    7120 oxunma


Ermənistan parlamentinin müxalifət partiyaları "Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" ölkədə hərbi vəziyyətin ləğvi barədə qərar layihəsini Müdafiə və Təhlükəsizlik Komissiyasına təqdim edib.

Bizimxeber.az bildirir ki, bu barədə "RİA Novosti" xəbər yayıb.

"Çiçəklənən Ermənistan" partiyasının millət vəkili Arman Abovyan iclasda iki fraksiyanın layihəsini təqdim edərək "27 sentyabrda elan edilmiş hərbi vəziyyətin ləğv edilməsini təklif edirik" deyib.

Onun sözlərinə görə, de-yure hələ də Ermənistanda qüvvədə olan hərbi vəziyyət ölkədəki mövcud vəziyyətə uyğun gəlmir və siyasi proseslərə mane olur.

Qeyd edək ki, Ermənistanda keçən il sentyabrın 27-də Qarabağdakı münaqişənin kəskinləşməsi səbəbindən hərbi vəziyyət elan edilib. Hərbi vəziyyətin ləğvi müxalifətə hərbi vəziyyət dövründə qadağan olan baş nazirin istefası müddətini başlatmasına imkan verəcək.

"Çiçəklənən Ermənistan" partiyasının millət vəkili İveta Tonoyan bildirib ki, hakimiyyət müxalifətin hərəkətlərini məhdudlaşdırmaq üçün belə bir qərarın qəbul edilməsini süni şəkildə təxirə salır. 

Müxalifət baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə erməni tərəfi üçün əlverişsiz olan bir müqavilə imzalamaqda günahlandıraraq, getməsini istəyir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84