. .

Muxtar Babayev üçün çətin dönəm - Ərəblərin ov olayı cəzasız qalmayacaq

17:51 - 20 Aprel
    12691 oxunma

Dəfələrlə Azərbaycana gələrək qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistləri ilə bağlı qalmaqal demək olar ki, unudulub. Əslində həmin günlərdə ölkəmizdə bu sahəyə nəzarət edən qurumlarda vəziyyətin necə olduğu, daha doğrusu onların necə işlədikləri aşkar göründü. 

Həmçinin ölkə mətbuatının necə və kimlər tərəfindən idarə olunduğu da çılpaqlığı ilə ortaya sərildi. Hər şey tam olaraq ortada idi və nəzarətdəki mətbaut ərəblərin bu ölkəyə kimlər tərəfindən gətirildiyini gündəmə çevirməklə, hədəfi yayındırmaqla əsl sima və günahkarların üzərini guya pərdələyirdi.

Ərəb turistlərinin karantin dövründə ölkəmizə hansı yolla gəlməsi, qanunsuz ovla məşğul olmasına kimlərin şərait yaratması və diğər məsələlər daha müzakirə peredmeti deyil. Ərəblər getdilər, hətta yayılan məlumatlardan bəlli oldu ki, guya onları 3000 manat cərimələyib yola salıblar. Olsun, ərəb üçün Azərbaycandakı cərimə məbləği maraqlı deyil. Onlar zatən yenə gələcəklər... 

Amma kimsə diqqət etdimi ki, ərəblərin nadir quşları ovladığı Acınohur haradır və orada nələr var?

Xüsusilə qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı - Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2003-cü il tarixli, 84 nömrəli Qərarına əsasən yaradılmışdır. Sahəsi 36.836 hektardır. İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarmda və Acınohur düzündə fauna mühafizə olunur və nəsli kəsilməkdə olan heyvan növləri bərpa edilir.

Diqqət etdinizmi, burada fauna mühafizə olunur, nəsli kəsilməkdə olan heyvan növləri bərpa edilir. (?)

Yaxşı, elə isə faunanı kim mühafizə edir və nəsli kəsilməkdə olan heyvan növlərini kim bərpa edir? Bu yasaqlığın qorunması hansı qurumun nəzarətindədir? Ərəblərin bu əməlinə görə hansı nazir, hansı icra başçısı, hansı qoruq müdiri cəzalandıdıldı?

Heç kim. Niyə?

Ərəblər bu ərazilərə özbaşınamı girmişdilər?

Ərəblərin orda olduğundan, çadır qurmalarından, ov etmələrindən nazir Muxtar Babayevin, yaxud onun yerlərdə məsul işçilərinin, icra başçısının xəbəri yox idimi?

Ərəb turistlərinə nəyi ovlamaq olar, nəyi olmaz yasağı qoyulmamışdımı?



Ərəblərin cərimələnməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadənin açıqlamasında maraqlı bir nüans var idi.

O deyirdi ki, bəzi hallarda vasitəçi şirkətlər xarici ölkələrdən gələn ovçular üçün ov icazələri alırlar (?) və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş növlərin ovlanmasına şərait yaradırlar: “Belə hallar aşkar edildiyi təqdirdə həmin vasitəçi şirkətlərlə əməkdaşlıq dayandırılacaq və onların turizm fəaliyyəti üçün lisenziyalarının ləğv edilməsi üçün aidiyyəti orqanlara müraciət ediləcək.

Maraqlıdır, xidmət rəisi dili ilə deyir ki, bəzən vasitəçi şirkətlər ov icazələri alırlar və nadir heyvanları ovlanmasına şərait yaradırlar.

Araşdırdınızmı ki, o vasitəçi şirkətlərin adı nədir?

O şirkətlərin rəhbərləri kimlədrdir?

Sualı bir qədər də qəlizləşdirək - Ərəbləri ölkəyə gətirən, onlar üçün ov icazəsi alan, nadir heyvanların ovlanmasına şərait yaradan şəxslər, şirkətlər kimlər idi?

Araşdırdızmı həmin şirkətlərin kimliyini hörmətli, Muxtar Babayev?

Kasıbların şirkətləri idimi, yoxsa məmurların?
Adlarını niyə çəkmədiz?
Niyə cərimələmədiz? 
Bitdimi?
Bitmədi...

Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin vəzifədən uzaqlaşdırılacağı gözlənilir. Buna əsas səbəb kimi  ölkəmizdə nadir heyvanların ovlaması, buna bilərəkdən və ya bilməyərəkdən göz yumulması, diqqətsizlik və sairə hallar gösətilir.

Yeri gəlmişkən deyək ki, ərəblərin Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş növlərin ovlanmasına görə ölkəmizdə heç kim cəzalandırılmadı.

Ədil Hüseynli

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84