Mustafa Şentop: “Sadəcə dostuq deyə yox, həm də haqlısınız deyə yanınızdayıq”

10:59 - 19 Oktyabr
    1450 oxunma

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün jurnalistlərlə görüşüb. M. Şentop jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər dünyada başqa iki dövlət arasındakı münasibətlərlə müqayisə olunan deyil:

"Türkiyə vətəndaşları Azərbaycan vətəndaşları qədər müharibə ilə bağlı xəbərləri izləyirlər. Türkiyənin 34 şəhərindən vətəndaşlar zamanında Azərbaycana gələrək döyüşüb və şəhid olublar. Bakıda Şəhidlər Xiyabanında həmin şəhidlərimizlə bağlı abidə var. Biz daim Azərbaycanın yanındayıq.

Sadəcə dost olduğumuz üçün yox, həm də Azərbaycan haqlı olduğu üçün onun yanındayıq. Qarabağ tarixən Azərbaycanın torpağı, ərazisi olub. Azərbaycan tarix baxımından da, beynəlxalq hüquq baxımından da haqlıdır. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı Beynəlxalq Millətlər Təşkilatının, Avropa Parlamentinin, Avropa Birliyinin qərarları var. Yalnız Türkiyə deyil, beynəlxalq təşkilatlar da Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini deyir.

Ermənistanın Gəncəyə atəş açması müharibə cinayətidir. Bəlkə də bu gün deyil, amma sabah, ya başqa bir gün müharibə cinayətləri törədənlərin məsuliyyətə cəlb olunacağı bir dünyada yaşayırıq. Azərbaycan sivil əhalisinə atəş açmaq əmri verən Ermənistan rəhbərliyi, sivillərə hücuma əmr verənlər beynəlxalq məhkəmədə məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar. Artıq dünya dəyişib, indi Xocalı qətliamının olduğu dünyada yaşamırıq”.

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84