Müsavat Patiyasından oğurluq edən şəxs saxlanılıb

12:14 - 22 Avqust
    7650 oxunma

Müsavat Patiyasının qərargahından oğurluq edən şəxs saxlanılıb. Müsavat Patiyasının qərargahından 2 500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib. 

Bu barədə şəhər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report" verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb. 

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84