Musa Pənahovun Qubada gilas bağı - Torpaqlar neçə ələ keçirilir? 

16:46 - 18 Yanvar
    7960 oxunma

Keçmiş Nəqliyyat nazirinin müavini, hazırda Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini Musa Pənahovun Qubanın Qəçrəş kəndində hektarlarla torpaq sahəsinin olması ilə bağlı redaksiyaya məlumat daxil olub. 

Quba rayonundan olan, hazırda Musa Pənahov tərəfindən torpaqları əlindən alınan sakinlər Bizimxeber.az -a bildirib ki, hektarlarla torpaq sahəsinə malik olan Musa Pənahov kənd sakinlərinə məxsus, dədə-babalarından qalan torpaq sahələrini ucuz qiymətə alaraq gilas bağları salıb.

Həmçinin bu "razılaşma"lar zamanı bir neçə vətəndaşın halal torpağı bu ərazilərdə it-bat olub. Daha doğrusu, Musa Pənahov tərəfindən ələ keçirilib. Sakinlər bildirir ki, əllərində qanuni sənədləri, bu torpaqların dədə-babadan onlara məxsus olduğunu isbatlayan sənədlər olsa belə buna məhəl qoyulmur. Hazırda ərazilər "setka"lanıb və torpaqların sahibləri bu əraziyə yaxın dura bilmir.

Bu barədə geniş araşdırma yazısı yaxın günlərdə oxuculara təqdim olunacaq. Quba rayon Qəçrəş kəndində yaşayan, eyni problemlərdən əziyyət çəkən sakinlərdən redaksiya ilə əlaqə saxlamaları tövsiyyə olunur. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84