. .

Muradov daha 6 ay Qarabağda qaldı - Sünik danışıqlarına o rəhbərlik edir

16:29 - 15 May
    1148 oxunma


Sünikdəki növbəti danışıqlar Rusiyanın Qarabağdakı sülhməramlı kontingent komandiri general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında aparılır. 

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik Ermənistan" xəbər verib. Məlumatda qeyd olunur ki, ötən gün nəticəsiz qalan danışıqlar bu gün yenidən başlanıb. 

"Sputnik Ermənistan"ın məlumatına görə, Rüstəm Muradov daha 6 ay Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri olaraq qalacaq. Onun hələ də Qarabağda qalmasını Sünikdəki gərgin vəziyyətlə əlaqələndirirlər. 

Qeyd edək ki, ötən gün general-leytenant Aleksey Avdeevin yaxın günlərdə general-leytenant Rüstəm Muradovu əvəz edəcəyi ilə bağlı məlumatlar yayılmışdır. 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84