MTRŞ “Space”nin yayımını dayandırır - 3 saat...

18:44 - 04 Avqust
    2735 oxunma

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib. MTRŞ-dan Qaynarinfo-ya verilən məlumata görə, iclasda 20-31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 

23 iyul 2020-ci il tarixdə "Space” televiziya kanalının efirində saat 19.00-20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84