MTRŞ-nin üzvü COVID-19-dan vəfat etdi
-
690 oxunma

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib.
Bu barədə Bizimxeber.az-a MTRŞ-dan məlumat verilib. Bildirilib ki, Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
"Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişib", - məlumatda qeyd olunub. Qeyd edək ki, M.Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub.
O, 2003-ci ildən MTRŞ-nin üzvü olub. Allah rəhmət eləsin!
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84