MTRŞ koronavirusla bağlı televiziyalara müraciət etdi

14:31 - 27 Mart
    70112 oxunma

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliyinin təmin olunması üçün yayımçılara müraciət edib.

Bizimxeber.az-ın məlumatına görə, MTRŞ-dan bildirilib ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhaliyə xüsusi zərurət olmadıqda evdən çıxmamaq tövsiyə olunub: "Bu virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradio yayımçılarına, o cümlədən, kabel şəbəkəsi və İPTV operatorlarına əhalinin maarifləndirilməsi və bu məsələnin daim diqqətdə saxlanılması məqsədilə onlara teleradio yayımı sahəsində göstərdikləri xidmətlərin fasiləsizliyini təmin etmələrini tövsiyə edir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84