.
.

Müştərilər “Bank Respublika”dan əmanətlərini geri çəkdilər

11:48 - 31 Mart
    13720 oxunma


“Bank Respublika”nın İdarə Heyyətinin sədri Tariyel İsmayılov 2019-cu ildən etibarən banka sədrlik edir. Aviatorun banka sədr təyin olunduğu gündən “Bank Respublika”nın  qarşıda olan hədəfi yerlə yeksan olub. Belə ki, səhmdarlarının arasında Almaniyanın 2 nəhəng şirkəti olan bankın strategiyası dəyişdirilib və yeni hədəflərə yelkən açılıb. 

Buna görə də bankın cəmiyyətdə olan nüfuzu zərər görüb, müştəriləri isə öz pullarını geri çəkib.

“Bank Respublika”nın 3 il üçün əsas strateji hədəfləri kiçik və orta biznes həmçinin, mikro kreditləşmə sahələrində lider bank olaraq, riteyl bankçılıq sahəsində ilk 5 bank sırasında öz mövqeyini qoruyub saxlamaq idi. Tariyel İsmayılovun təyinatından sonra isə bankın biznes kreditləri 23 milyon 689 min manat və ya 6.6% azaldı. Hədəfini istehlak kreditləri üzərində quran sədrin arzuları baş tutmayıb.

Pravda.az-ın verdiyi xəbərə görə, 1 il ərzində bankın istehlak kreditləri 17 milyon 504 min manat və ya 22.6% azalıb. Aviatoru banka təqdim edən Şakir Rəhimov isə quzunu qurda tapşırıb desək, yanılmarıq. Çünki T.İsmayılovun təyinatından dərhal sonra müştərilər depozitlərini geri çəkməyə başladı. 2020 –ci ilin yekununda bankın depozit portfeli 140 milyon 199 min manat və ya 37.3% azalma ilə təqdim olundu.

3 illik strategiyanın üstündən xətt çəkən T.İsmayılovun fəaliyyəti dönəmində bank korporativ müştərilərini itirməyə başladı. Belə ki, bankda yerləşdirilən depozitlərdə hüquqi şəxslərin əmanətləri 2 dəfədən çox azalıb. Müştərilər “Bank Respublika”dan 1 il ərzində 416 milyon 583 min manatlıq əmanətini geri çəkib.

T.İsmayılovun maliyyə siyasəti nəticəsində bankın xalis mənfəəti 14 milyon 402 min manat və ya 3  dəfədən çox azalaraq 6 milyon 21 min manata enib. İstisna deyil ki, bank bundan sonrakı illərdə xalis mənfəətini zərərlə əvəz edə bilər.

2005-ci ildən etibarən bankın səhmdar kapitalının “20,7%” paketinə sahib olan Almaniya təşkilatları aviatorun sədrliyi nəticəsində ciddi pul itkisi ilə üzləşib. Belə ki,  hüquqi şəxslərin depozitlərini geri çəkməsi nəticəsində sözügedən səhmdarlar 86 milyon 233 milyon manat itiriblər.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84