. .

MSK yenidən formalaşdırılır - Seçkilər gözlənilir?

10:53 - 22 Aprel
    7567 oxunma

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədlərinin siyahısı sabah müəyyənləşəcək. 

Hakim partiyanı hazırda MSK-da 6 namizəd təmsil edir. Bunlar Məzahir Pənahov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Hüseyn Paşayev, Validə Kazımovadır. 

Yeni tərkibdə kimlərin yer alacağı partiyanın sabah baş tutacaq iclasında bəlli olacaq.

Qeyd edək ki, namizədlər müəyyənləşdirildikdən sonra siyahı Mərkəzi Seçki Komissiyasına göndəriləcək. Daha sonra isə siyahı təsdiq edilmək üçün Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Bildirək ki, bu gün Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və azlıq təşkil edən deputatların namizədləri müəyyənləşdiriləcək. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84