Müsavatın qərargahından oğurluq edən dəstə üzvləri saxlanıldı - Foto

16:06 - 02 Sentyabr
    4775 oxunma

Bakının Binəqədi rayonu Ş.Məmmədova küçəsi 30/97 ünvanında Müsavat partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri tutulub.

Bu barədə Bizimxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi (RPİ) və 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən - hər biri əvvəllər məhkum olunmuş  Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov saxlanılıblar.

Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb. Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 
Müsavatın qərargahından oğurluq edən dəstə üzvləri saxlanıldı - Foto
Müsavatın qərargahından oğurluq edən dəstə üzvləri saxlanıldı - Foto
Müsavatın qərargahından oğurluq edən dəstə üzvləri saxlanıldı - Foto
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84