. .

Mouriniyo baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

14:47 - 19 Aprel
    36651 oxunma

İngiltərə Premyer Liqasında çıxış edən Tottenham, Jose Mouriniyonu komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırdı.

Bizimxeber.az bildirir ki, bu barədə Tottenhamın mətbuat xidməti məlumat yayıb.  Məşqçilər heyətinin digər üzvləri - Joao Sakramento, Nuno Santos, Carlos Lalin və Giovanni Serra da komandanı tərk edirlər.

"Klubun həyatının ən çətin dövrlərindən Joze və məşqçilər heyəti yanımızda idilər. O, əsl mütəxəssisdir. O, hər zaman burada xoş qarşılanacaq və ona təşəkkür edirik"deyə Tottenham prezidenti Daniel Levy bildirib.

Mourinyo, 2019-cu ilin noyabrında Tottenhamda vəzifə alıb, 58 yaşlı mütəxəssislə 2022/23 mövsümünün sonuna qədər müqavilə imzalanmışdı. Mourino əvvəllər İngiltərənin Mancester Yunited, Çelsi, Real Madrid, Italian Inter, Portuqaliyanın Porto, Benfica klublarının baş məşqçisi olub.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84