.
.

Moskvadan Azərbaycan Ordusunun təlimləri ilə bağlı - Açıqlama

14:11 - 12 Mart
    5560 oxunma


“Azərbaycan Silahlı Qüvvələrinin martın 15-dən 18-dək keçirəcəyi əməliyyat-taktiki təlimləri planlı xarakter daşıyır və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk daşımır”. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə müvafiq sualı cavablandırarkən bildirib. “Ümumiyyətlə, hərbi təlimlər Cənubi Qafqazın bütün dövlətləri tərəfindən aparılır, bu, müntəzəm olaraq həyata keçirilir, müvafiq məlumatlar maraqlı tərəflərə əvvəlcədən çatdırılır.

Əldə etdiyimiz məlumatlara görə, adı çəkilən təlimlər, bildirdiyim kimi, qoşunların döyüş hazırlığını yaxşılaşdırmağa yönəlmiş planlı bir xarakter daşıyır və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmır”,- deyə Zaxarova qeyd edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84