. .

Moskvadakı miqrantların sayı açıqlandı  - İlk yerdə qırğızlar dayanır

18:10 - 22 Aprel
    7486 oxunma

"Hazırda Moskvada 800 mindən bir qədər az miqrant var və bir il əvvəl onların sayı bir milyondan çox idi". 

Bizimxeber.az bildirir ki, bu barədə "Ria Novosti"-yə paytaxtın Miqrasiya İdarəsinin rəisi Dmitri Sergiyenko bildirib. Onun sözlərinə görə, Moskvaya miqrant olaraq əsasən Qırğızıstan, Özbəkistan və Tacikistan vətəndaşları gəlir.

"Moskvada olan xarici vətəndaşların sayı 21% azalıb, indi bu rəqəm 789 min nəfəri təşkil edir. Ötən ilin eyni dövründə onların sayı bir milyondan çox idi", - deyə Sergiyenko açıqlayıb.

Bu ölkələrdən gələn əcnəbilərin təxminən 93 faizi Rusiyaya viza tələb olunmadığı üçün gəlir. Əcnəbi faizlərinə görə, böyük hissəni Qırğızıstan vətəndaşları - 30%, daha sonra Özbəkistan - 27%  təşkil edir. Tacikistan vətəndaşları isə gəlmə faizinə görə 3-cü yerdə - 20% təşkil edir.

Sergiyenko deyib ki, viza ilə Rusiyaya gələn əcnəbilər arasında ən çox Çin - 13%, təxminən 10% - Türkiyə və Vyetnam vətəndaşları üstünlük təşkil edir.

Onun sözlərinə görə, 2021-ci ilin birinci rübündə xarici vətəndaşların Miqrasiya uçotuna alınma sayının 41,4% azalması tendensiyası davam edir.

Miqrasiya uçotuna alınmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti (64% və ya 110 min nəfər) Moskvaya işgüzar məqsədlərlə gəlir. Qalma müddətinin uzadılması ilə bağlı miqrasiya uçota alınmış əcnəbilərin sayı isə 42% artıb.

Maraqlıdır ki, Miqrasiya İdarəsinin məlumatlarında Azərbaycanın adı qeyd olunmur. Bu onu göstərir ki, son illər azərbaycanlılar əsasən Avropa ölkələrinə miqrant olaraq üz tuturlar ki, bunun da bir sıra səbəbləri var. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84