Moskvada “Türk” ləqəbli qanuni oğru tutuldu

19:16 - 12 Fevral
    21080 oxunma

Daha əvvəl “Türk” ləqəbi ilə tanınan qanuni oğru Andrey Torkunov Moskvada həbs olunub. 
Bizimxeber.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat verib. Belə ki, Torkunov, cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma maddəsi ilə ittiham olundu.

Bundan əlavə, o, qəsb etməkdə şübhəli bilinir. Cinayət İşinin materiallarına görə, 2015-ci ildə “Türk”, yoldaşları ilə birlikdə bir iş adamından 2.4 milyon rubl tələb edib, imtina etdiyi təqdirdə ailəsini və iş adamının özünü öldürməklə hədələyib.

Ötən ilin may ayında, Moldovanın  "avtoritet" vətəndaşı Torkunov pasport alarkən, məhkumluğu barədə səlahiyyətli orqanlara bildirməməsi səbəbindən Rusiya vətəndaşlığından məhrum edilib.

Torkunov sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını alsa da daha sonra  Moskva bu qərarı ləğv edib.
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84