.
.

Moskvada metro qatarının altına düşüb ölən milyonçu imiş...

01:09 - 30 Mart
    10680 oxunma


Bir neçə gün əvvəl Moskvada “Dmitrovskaya” metrostansiyasında qatar altında qalaraq dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 

Bizimxeber.az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin şəxs 72 yaşlı milyonçu Valeri Baqdasarovdur. İnsident martın 21-də baş verib.

Baqdasarov qatarın altından çıxarılan zaman ölmüş vəziyyətdə olub. Bildirilir ki, biznesmen uzun müddətdir ki, metrodan istifadə etməyib və kadrlardan görünür ki, o, bilərəkdən özünü qatarın altına atıb. Qatarın təkərləri kişinin başını üzüb. Belə şəraitdə yaşamaq üçün heç bir şansı yox idi. Ölən kişinin cəsədi relslərdən qaldırılaraq məhkəmənin morquna aparılıb", - hüquq-mühafizə orqanlarından bildirilib.

İstintaq Valeri Baqdasarovun relslərin üzərinə hansı səbəbdən uzanmasını araşdırır. Qeyd edək ki, Baqdasarov “Alsiko” sənaye qrupunun yaradıcısı və direktorlar şurasının sədiridir. Üzv şirkətlər yalnız Rusiyada deyil, xaricə də ixrac olunan pestisid və gübrələrin tam çeşidini istehsal edirlər.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84