.
.

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası başladı

12:39 - 02 Aprel
    5320 oxunma


Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

Məhdud formatda başlayan iclas geniş tərkibdə davam edəcək. 

İclas zamanı xarici işlər nazirləri beynəlxalq gündəmin aktual məsələləri və MDB formatında qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.

Bununla yanaşı iclasda üzv dövlətlərin xarici işlər nazirlikləri arasında tərəfdaşlığın genişləndirilməsi üçün Fəaliyyət Proqramının icrasının gedişatı və həyata keçirilməsi müzakirə olunacaq. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84