Moskvada 30 “avtoritet” saxlanıldı

01:46 - 24 İyun
    4055 oxunma

Polis Moskvanın şimal-şərqində Altufyev şosesində kriminal liderlərin”sxodka”sının qarşısının alınması üzrə əməliyyat keçirərək 30-a yaxın “avtoriteti” saxlayıb. 

Bizimxeber.az “TASS”a istinadən xəbər verir ki, hadisə bu gecə "Çayxana "Babayçik" kafesində qeydə alınıb.

Məlumata əsasən, hüquq mühafizə orqanlarına  Qafqaz respublikalarından olan cinayətkar liderlərin Altufyev şosesindəki kafelərdən birində toplaşmaları barədə məlumat daxil olub. Bundan sonra polis və FSB birlikdə reyd təşkil edib və kafe daxilində təxminən 30 nəfər saxlanılıb. Onların bəziləri silahlı olub.

"Kommersant " isə yazır ki, “OMON”çular "Myata Lounge" kafesinə gəliblər. Qəzetin məlumatına görə, güc strukturlarına müqavimət göstərən şəxslərdən biri yaralanıb.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84