. .

Moldova Kirkorova görə finala çıxıb? - Saxtakarlıq ittihamı

12:27 - 26 May
    17114 oxunma


Rusiyanın Xalq artisti, “Avroviziya”nın Moldova üzrə nümayəndə heyətinin prodüserliyini edən Filipp Kirkorov saxtakarlıqda ittiham edilir.

Bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb. Moldova təmsilçisi Nataliya Qordiyenkonun ifa etdiyi “Sugar” mahnısının söz müəllifi və musiqi prodüseri Kirkorovun münsiflərə təsir etdiyi bildirilib.

İttihama görə, ifa və şousu ilə favoritlər sırasında olmayan Moldova yarımfinal zamanı səsvermədə 8 ölkədən 12 xal alıb və sürpriz şəkildə finala çıxıb.

Canlı ifasında problemlər yaranan Nataliya MBD ölkələrindən yüksək bal alaraq 13-cü olub. Kirkorovun təsiri ilə jüridən xal aldığı iddia edilən Moldovanın səslərinin yenidən hesablanması təklifi irəli sürülüb.

Lakin Avropa Yayım Birliyi (EBU) məsələni araşdırmayacaqlarını açıqlayıb: “Bu ilədək hər münsif üzvünün adı “Avroviziya” finalından əvvəl açıqlanıb. Jüri heyətinin kimliyinin gizli saxlanılmasının şounun bütövlüyünü qorumaq və onların hər hansı bir xarici nəzarət və təzyiq olmadan müstəqil səsvermələrini təmin etmək üçün lazımdır. Lakin belə deyil. Göndərilən səslər əvvəlcədən yoxlanılıb, təsdiqlənib, etibarlı bir nəticə olduğu qənaətinə gəlinib”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84