MN: "Heç bir yeni hücum olmayıb"

11:41 - 22 İyul
    2420 oxunma

"Erməni tərəfinin açıqlaması uydurma və dezinformasiyadır".

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

“Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.

Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”, - deyə MN rəsmisi bildirib.

Bizimxeber.az xatırladır ki, dünən ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan 22.30 radələrində Azərbaycan Ordusu tərəfdən hücum cəhdlərinin olması barədə məlumat yayıb. Stepanyanın sözlərinə görə "Qorxmaz" yüksəkliyi istiqamətində hücumun qarşısı alınıb, Azərbaycan hərbiçiləri itkilər verməklə geri mövqelərinə sıxışdırılaraq çıxarılıb, bir neçəsi isə müasirəyə salınıb. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84